VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gənc aktrisa Günel Məmmədova sosial şəbəkədə ünvanına yazılan sevgi etiraflarından və tanışlıq təkliflərindən danışıb.

BAKU.WS xəbər verir ki, Yeniçag.az-a açıqlama verən aktrisa bu təkliflərdən qıcıqlandığını və buna görə kişi pərəstişkarlarını blok etdiyini deyib:

“Adətən sosial şəbəkədə mənə yazan kişilərə cavab vermirəm. Onların salamını belə almıram. Sevgi mesajlarını isə ümumiyyətlə, oxumuram. Bir də görürsən hansısa bəy yazır ki, şəklinizi “layk” edirəm, niyə siz də mənim şəklimi “layk” etmirsiniz. O qədər komplimentlər edirlər ki… Ardınca da yazırlar ki, məşhursan, ulduz xəstəliyinə tutulmusan, buna görə bizə cavab yazmırsan və s. Belə olanda əsəbləşirəm. Elə kişiləri boğaram. Bunu xanımlar yazsa, bəlkə də elə təsir etməz. Xanım pərəstişkarlarımın suallarını cavablandırıram”.

BAKU.WS