SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bu gündən sonra bütün söhbətlərə SON!!!! Natavan xanımı mən dəmək olar ki, məcbur elədim ki, boşanmağımız haqqında açıqlama etsin. O istəmirdi bunu açıqlasın. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəbimizə hakim ola bilmədik. Onu məcbur edərkən belə, əslində inanmırdım ki, yazacaq. Sadəcə inadkarlıq etdik ikimizdə. O da yazdı, açıqladı, amma heç istəmirdi bu barədə kiməsə danışsın. Nə isə. Mənim ucbatımdan oldu".

BAKU.WS-in məlumatına görə, bu barədə reper Səid Əliyev (Dado) Instagram hesabında yazıb. O bildirib ki, Natavanla nə vaxtsa barışıq olacaq:

"Barışmasaq belə o demək deyil ki, kimsə gözünü yumub ağzına gələni danışa bilər. Yenə qoymaram. Bizi istəyənlər də, istəməyənlər də sağolsun. Gözümüzü biraz da açdınız. Dostumuz kimdi, düşmənimiz kimdi aydın görə bildik. Şükür! Qismət! Biz ikimiz də ailəmizi qorumaq üçün əlimizdən gələni edirik hazırda. Bir-birimizdən çox uzaq olsaq da belə. Qalan boş-boş söhbətlərə, hansısa özünü tanımayanların sözünə əsla və əsla inanmayın! Mən kişiyəm! Pula satılan məxluqların söhbəti bizi ancaq güldürə bilər.

Saxta evlilik, alınan bəy, kiminsə acığına toy və s.. Kino kimi ) Sadəcə heyif ki, indi ailəmlə bir yerdə oturub gülə bilmirik bunlara. Həmin şeyləri danışır və ya reklam edirlər. Özlərindən deyən insanların başına da bu hadisələr gəlsə, biz “əcəb oldu” demərik, heyatdır, Allahın qismətidir deyib xoşbəxtlik arzulayarıq. Çünki heç kim bilmir sabah onun və ya onun doğmalarının başına nələr gələcək.

Amma hər şeyin sonu olduğu kimi, mənim səbrimin də sonu var! Ağıllı olun! Mövzu bağlandı. Susun artıq. İmkan verin problemimizi həll edək. Gündə bir söz çıxartmayın. Bir dəfə dedik qurtardı. Boşansaq da bileəcəksiniz, boşanmasaq da. Sizin yaratdığınız söz-söhbət aramıza əlavə problem salmır. Çünki biz yaxşı tanıyırıq bir-birimizi. Sadece doğmalarımızı üzür. Biz də bunu heç istəmirik. Bizim günahlarımızı da alan çox adam tapıldı. Nuş olsun! Yazıqsız. Hamıya sevgi arzu edirəm. Sevin, sevilin və sevginizi heç kimin ayağına verməyin!"

Nazim
BAKU.WS