VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Bozbaş Pictures”-ın “Qılman doktoru” İlkin Misgərlinin başına iş gəlib.

BAKU.WS xəbər verir ki, Yeniçag.az-a açıqlama verən aktyorun sözlərinə görə, o, təzə avtomobilini idarə edərkən, yüngül qəza törətdiyini deyib:

“Mən əvvəlcədən də demişdim ki, maşın sürə bilmirəm. Amma dostlar hədiyyə edəndən sonra öyrənmək məcburiyyətində qaldım. Xüsusi adam tutmuşam, mənə maşın sürməyi öyrədir. Qazancımın hamısı ona gedir (gülür). Bir-iki dəfə yüngül qəza da törətmişəm. Əyləc əvəzinə qaza basmışam. Bir dəfə də park etmək üçün maşını arxaya verəndə əzdim. Təcrübəsizəm, ondandır. Yeni başlayanda belə olur. Sağ olsunlar, yol polisləri mənə hörmətlə yanaşır. Onlardan narazılığım yoxdur”.

Qeyd edək ki, avtomobili ona “Bozbaş Pictures”in yaxın dostlarından biri hədiyyə edib. Hədiyyə olunan “Kia Rio” avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır.

BAKU.WS