VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rəqqasə Oksana Rəsulova Bakıya gələn məşhur türkiyəli aktyor Burak Özçivitlə fotosunu sosial şəbəkədə paylaşıb.

BAKU.WS-in məlumatına görə, İnstagram səhifəsində paylaşılan foto izləyicilər tərəfindən bəyənilib.

Hətta rəqqasə ilə aktyoru bir-birilərinə yaraşdıranlar da olub. Oksana Rəsulova paylaşdığı fotoya türk dilində “Güzeller” deyə şərh yazıb.

Xatırladaq ki, Bakıda "Kardeşim benim 2" filminin təqdimat mərasimi keçirilib.

Tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni "Mənim qardaşım - 2" ("Kardeşim Benim 2") filminin təqdimatı ilə gəlib. Filmin baş rollarını B.Özçivit və Murat Boz ifa ediblər. Filmin qala-gecəsində izdiham yaşanıb.

Filmin komandası zala daxil olanda qışıqırıq səsləri, fanat izdihamı yaşanıb. Xüsusilə də, Burak Özçivitin gəlişi aləmi bir-birinə vurub. Onunla şəkil çəkdirmək istəyən qonaqlar zalda səs-küy qoparıblar.

Qeyd edək ki, "Mənim qardaşım"ın birinci hissəsinin premyerası B.Özçivitin və tanınmış aktrisa Asli Enverin iştirakı ilə Bakıda ötən ilin fevralında keçirilmişdi. Aktyorun Bakıya gəlişi böyük izdihamla qarşılanmışdı.

BAKU.WS