SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ganclik Mall" alış-veriş mərkəzində yerləşən "Cinema Plus"da “Təhmin və Zaur” filminin premyerası keçirilib.

BAKU.WS-in məlumatına görə, qala gecəsinə ekran əsərinin aktyor və yaradıcı heyəti iştirak edib.

Filmin baş rollarında Elcan Rəsulov, Fərda Amin, Kəmalə Piriyeva, Məbud Məhərrəmov, Məcid Məmmədov və başqaları çəkiliblər. “Təhmin və Zaur”un ssenari müəllifləri Zaur Mirzəzadə, Nicat Dadaşov və aktyor-müğənni Cəmildir.

Qala gecəyə incəsənət adamları və şou biznes nümayəndələri qatılıb. Filmdə rol alan aparıcı-aktrisa Kəmalə Priyeva üzrlü səbəblərdən tədbirdə iştirak edə bilməyib.

Qeyd edək ki, filmin baş qəhrəmanı Fərda Xudaverdiyev bildirib ki, noyabrın 5-də də Türkiyədə jurnalistlərin qarşısına çıxacaq. O, "Yanlış anlama" filminin möhtəşəm qala gecəsi planlaşdırıldığını deyib.

İman
BAKU.WS