SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Eyyub Yaqubov Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşüb.

BAKU.WS-in məlumatına görə, ifaçı bildirib ki, bu dəfə özünü aktyor kimi sınamaq qərarına gəlib. O, musiqiçi Vaqif Əsədovun “Mənə 100 il ömür arzulamayın” adlı klipində rol alıb: “Hər bir mahnını ifa edən zaman aktyorluq etməliyik. Demək olar ki, bu klip mənimdir. Çünki mənə həyatda və sənətdə dəstək olan Vaqif Əsədov olub. Bu klipdə mənim çox və ya az görsənməyim əsas məsələ deyil. Əsas olan odur ki, bu ekran işi ibrətamizdir. Gənc nəsillərə bir nəsihətdir”.

Qeyd edək ki, mahnının sözləri Vahid Əzizin, musiqisi Elçin İmanovundur. Ekran işinin rejissorluğunu isə Fuad Təhməzli edib. Klip bir neçə saat sonra “Youtube”a yerləşdiriləcək.

Tuncay
BAKU.WS