SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın “qızıl səsi” və Xalq Artisti Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsert proqramı ilə qeyd edib.

Musiqi gecəsi oktyabrın 15-də “Baku Crystall Hall”da keçirilib. Unikal, parlaq və möhtəşəm yubiley şousu “İqra” adlanıb.

Müğənninin istedadının pərəstişkarları irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektlərini izləyiblər. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları da daxil edilib.

N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olub.

AZƏRTAC
BAKU.WS