VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün ARB TV-də yayımlanan “Səhər-Səhər” verlişində qalmaqal baş verib.

BAKU.WS-in məlumatına görə, verilişdə qonaq olan videoblogger Hüseyn Əzizoğlu ilə aparıcı Rövşanə Bektaşi arasında mübahisə yaranıb. 

Aparıcı düşündürücü yumor haqqında danışıb və Hüseyni bəyənmədiyini deyib. Bu isə bloggeri bərk əsəbləşdirib: 

"Əgər bu gün siz məni bura çağırmısınızsa, deməli məni tanıyırsız. Məni xalq tanıyır. Bu gün mən qadın paltarı geyinirəm, əcəb eliyirəm. Buna görə heç kim mənə heçnə deyə bilməz. Universitetlərdə tələbələrlə görüşə gedirəm, zal bütün dolu olur. Azərbaycanın ən məşhur müğənnisi, ən məşhur aktyoru gəlsə o zal o qədər dolmaz. Azərbaycan 3 dənə mükafat almışam. Bu mükafatları mənə elə-belə verməyib. Amma siz məni bura çağırıb başqa söhbət eləyirsiz. Mən sizin xahişinizi yerə salmadım, amma məni bura çağırıb təhqir edirsiniz". 

Nazim
BAKU.WS