055 213 76 73
Müğənni İradə İbrahimova yeni mövsümdən yaradıcılıq işlərinə start verib.
BAKU.WS-in məlumatına görə, hazırda Bakıda olan müğənni bir neçə yeni mahnını lentə yazdırır.
İ.İbrahimova bir müddət öncə türkiyəli heyət tərəfindən hazırlanan fotosessiyasını təqdim edib.
Fotosessiya haqqında danışan İradə İbrahimova bildirib: “Ciddi qadın obrazı təqdim etmişəm. Çəkiliş studiyada aparılıb və müxtəlif geyimlərdən istifadə olunub”.
Qeyd edək ki, İradənin yeni mahnılarından biri gələn həftədən etibarən radiolarda səsləndiriləcək.
Müğənninin fotosessiyasını təqdim edirik:
BAKU.WS