VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yeni sezonda “5/5” verilişinin ilk buraxılışı ilə efirə qayıdan Zaur Kamalın qonaqları xalq artistləri Ağadadaş Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artist Elnarə Abdullayeva və Telli Borçalı olub.

BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, qalmaqallı aparıcı Zaur Kamal verilişinin mövsümdə ilk buraxlışının qonağı olan sənətçilərə etdiyi “sürpriz”lə onları şok edib. Belə ki, aparıcı hər dörd qonağının maşınları ilə etdikləri qayda pozuntularını (radar, MMX) açıqlayıb.

Zaurun “Ağadadaş Ağayevin 3 MMX-si var. Azadlıq prospektində qırmızı işıqdan keçib. “3 bal” – 60 AZN cəriməsi var” sözləri xalq artisti Ağadadaş Ağayevi özündən çıxarıb. Səsini ucaldan sənətkar aparıcıya “Bizi bura niyə çağırmısınız? Mənim burda olmağımın radarla nə əlaqəsi var? Biz musiqi aləmində radara düşmüşük” sözləri ilə irad tutub.

BAKU.WS