VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Onu aparatdan vaxtında ayırmaq lazım idi. Bu ona əziyyət idi!"

BAKU.WS-in məlumatına görə, bunu aktrisa Pərvin Abıyeva gənc həmkarı Mila Əminənin həyatını itirməsi haqqında İnstagram səhifəsində yazıb.

Onun sözlərinə görə, Mila Əminənin vücuduna boşuna əziyyət veriblər.

"Aparatda ola-ola ürəyin dayanması nə bilim... Kaş ki, vaxtında ayrılsaydı aparatdan və orqanları bağışlansaydı. Ən azından anası onun ürəyinin başqasında döyündüyünü hiss edərdi. Artıq o şansı da yoxdur. Boş-boşuna vücuduna əziyyət etdilər, orqanlarını yararsız hala gətirdilər! Eh ölümlü dünyadı. Ona görə də siz siz olun heç kimin qəlbini qırmayın, heç kimə acı sözlər deyib, yazıb günah qazanmayın. Vaxt var idi Milanin səhifəsində onu söyüb təhqir edənlər indi ağlayır, rəhmət diləyir. Eləməyin belə, olmayın belə Allah xətrinə. Allah əzizlərinə, səni sevənlərə səbr versin gözəl qız, nur içində yat”, - deyə aktrisa qeyd edib.
 
BAKU.WS