SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əməkdar artist Dilarə Əliyeva küsülü olduğu deyilən həmkarları Ülviyyə və Tünzalə Əliyevadan danışıb.

BAKU.WS xəbəer verir ki, Milli.Az-a açıqlamasında aktrisa bu şayiələri yalanlayıb:

"Mən bu tip söz-söhbətləri və qalmaqalları çox normal qəbul edirəm. Bir yerdə intriqa və qalmaqal nə qədər çox olarsa, istər-istəməz tamaşaçıların diqqəti ora yönələcək. Bu, həm televiziyada, həm də mətbuatda belədir. Fikir versəniz bu tip yazılar daha çox oxunur. Bütün bunlar gəldi-gedər söhbətlərdir.

Ülviyyə və Tünzalə ilə münasibətim həmişə yaxşı olub, həmçinin də bu gün. Biz birlikdə böyük layihələrə imza atıb, uğurlar əldə etmişik. Necə ola bilər ki, münasibətimiz olmasın?! Ülviyyə də, Tünzalə də çox istedadlı aktrisalardır. Onlardan müsahibə alırlar, məndən alırlar, istəyirlər ki, səbəbsiz yerə aramızı vurub, bizi ayırsınlar. Amma buna, hələ ki, nail olmayıblar, çünki biz çox mehribanıq".
 
BAKU.WS