055 213 76 73
"Jara” festivalında iştirak edən sabiq ukraynalı millət vəkili İrina Berejnaya faciəvi şəkildə dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, Xorvatiya ilə İtaliya dağlıq yolunda dəhşətli qəza baş verib. Qəzanın nəticəsində məşhur müğənni Ani Lorakın rəfiqəsi İrina Berejnaya həyatını itirib.
Məlumata görə, sabiq millət vəkili 8 yaşlı qızı ilə olub. Onların sürücüsü idarəetməni itirərək qəza törədib. Sürücü ilə İ.Berejnaya yerindəcə ölüb.
Sabiq millət vəkili şou-biznes nümayəndələri ilə dostluq edib. O, mütəmadi olaraq yığıncaqlarda iştirak edib.
Tuncay
BAKU.WS