VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Müğənni Xuraman Şuşalı həmkarı Natavan Həbibinin içki verdiyi toyda iştirak etməsi ilə bağlı ittihamlara cavab verib. 

BAKU.WS-in məlumatına görə, ATV kanalında yayımlanan maqazin verilişində ifaçı onu tənqid edənlərin cavabını verib: 

"Natavan dedi ki, Xuraman, mən xınamı toyun içində etmək istəyirəm. Dedim, Nata, sən axı içki verirsən, bu, mümkünsüzdür. Dedi, mən sənə görə içkini yığışdıracağam. Xına müqəddəsdir, xına olan yerdə içki verməzlər. Xına mərasimində də məclisə içki gəlmədi. Kimsə foyedəki bardan sifariş edib içki içibsə, bunun Natavana və mənə aidiyyatı yoxdur. Məni Natavan xanım çağırıb, o da içki verməyib. Mən çünki demişdim ki, Nata, mən xınaya gələndə görsəm ki, içki verilir, məclisdə qalmayacağam. İçki xınadan sonra verilib. Mən toyda sona qədər qaldım. Ancaq foyedə və dekoruma nəzarətdə oldum”.  

Xuraman Natavanın xınasını ona həvalə etməsini çoxlarını qısqanclıqla qarşıladığını bildirib: "O, mənə xınayaxdısını həvalə edəndə çox adamlar istəmişdilər ki, Natavana onlar xına yaxsın. Amma Natavan məni seçdi. Əldən də çox şey asılıdır. O xanımları özümə rəqib görmürəm. Mən o xanımlar kimi müğənni gətirib mahnı oxutmuram. Məclisi bütöv özüm idarə edirəm”.
 
İman
BAKU.WS