VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Daha bir azərbaycanlı xanım Türkiyədə keçirilən yarışmanın qalibi olub.

 

BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Marmaris şəhərində xanımlar arasında rəqs müsabiqəsi başa çatıb.

Müsabiqədə Türkiyə, Azərbaycan, İran və Türkmənistandan gələn gözəl xanımlar iştirak ediblər. Azərbaycanı isə adı qalmaqallarda hallanan model Merilin Təranə təmsil edib.

Model bir qədər əvvəl Türkiyəyə tanınmış müğənni Sərdar Ortaç tərəfindən dəvət olunub və "Miss Bikini of Baku" nominasiyasında qalib gəlib. Bundan əlavə, Merilin Təranə Türkiyə telekanalında keçirilən "Bu tarz benim” yarışmasında da iştirak edib və böyük qalmaqalla yadda qalıb.

Ziya Səccad
BAKU.WS