SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova sosial şəbəkədə müzakirə olunan dəbdəbəli toyundan danışıb.
 
BAKU.WS-in məlumatına görə, ARB telekanalında yayımlanan "Qadın klubu" verilişinin qonağı olan A.Şükürova həyat yoldaşının ona olan sevgisinən bəhs edib:

"Mənə görə sevgi qarşılıqlı hörmət, anlayış, xoş münasibət deməkdir. Mən bütün bunları öz həyat yoldaşımdan görürəm. Onu daha da çox sevirəm. İstəyərdim ki, bütün kişilər həyat yoldaşına onun kimi hörmət eləsin. Onun kimi anlayışlı olsunlar. Çünki qadın həmişə bu həyatda özünə hörmət, qayğı istəyir. Qadın bunları hiss etdikcə daha da yüksəlir, yaxşı yemək bişirir, yaxşı qulluq edir".

Qeyd edək ki, Oqtay adlı bəylə ailə quran Aysel Şükürovanın toyuna 400 min xərclənməsi haqqında gəzən xəbərlər mətbuatda geniş müzakirə olunub.

İman
BAKU.WS