SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Aysel Əlizadə söz və musiqisi Nadir Hüseynova məxsus "Coşma” mahnısına çəkdirdiyi klipini təqdim edib.

BAKU.WS xəbər verir ki, rejissor Teoman Topçu tərəfindən Türkiyədə ekranlaşdırılan klip iki ay öncə çəkilib. Müğənni fərqli imici və rəqsləri ilə diqqət çəkib.  Park Bulvarın Sinema Klubunda təqdim edilən klipi media nümayəndələri ilə yanaşı A.Əlizadənin sənətçi dostları da izləyib.
 
Qonaqlar arasında Natavan Həbibi, Elton, Tolik, Lətifə Soyuöz, Elnarə Xəlilova, Vüsalə Əlizadə, Emil Bədəlov  və başqaları Ayseli təbrik etmək üçün təqdimatda iştirak ediblər. Qonaqların istəyi ilə klip üç dəfə nümayiş etdirilib. Jurnalistlərlə yanaşı sənətçilər də müğənniyə suallar ünvanlayıb. 

Qeyd edək ki, bu, T.Topçunun Aysel üçün ekranlaşdırdığı 4-cü klipidir.
 
BAKU.WS