SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Flora Kərimova həmkarı Nisə Qasımovanın ATV-də yayımlanan "Mənim dünyam” verilişinin qonağı olub. 

BAKU.WS məlumat verir ki, Xalq artisti geyindiyi açıq-saçıq geyimi ilə diqqət çəkib. Flora Kərimovanın bu geyimi birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Xalq artisti təmtəraqlı təqdimatları sevmədiyini bildirib:

"Müğənni səsini təqdim edir. Əgər səni qəbul edib sevirlərsə, bəsdir. İnsanı nə maşına, nə evə, nə yalançı təbəssümə, nə var-dövlətə görə sevirlər. Tamaşaçı insanın məzmununu, ağlını sevir. Olduğun kimi görünməlisən".
 
Xatırladaq ki, Flora Kərimova bu yaxınlarda həmkarı Nadir Qafarzadə ilə aralarında yaşanmış qalmaqala görə gündəmə gəlmişdi.
 
BAKU.WS