SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünya şöhrətli müğənni Emin Ağalarov şəxsi Instagram səhifəsində məşhur kanadalı müğənni David Foster və amerikalı pop müğənni Lionel Rici ilə birlikdə Kaliforniya, Los-Ancelsdən çəkdiyi şəkil və videonu paylaşıb.
 
Emin Ağalarov şəklin altından "əfsanələrlə maraqlı gecə" şərhini paylaşıb. 

BAKU.WS xəbərində bildirilir ki, 68 yaşlı Devid Foster məşhur kanada müğənnisidır. O, həmçinin də musiqi tarixində ən uğurlu prodüserlərdən biri də hesab olunur. 14 dəfə "Qremmi" mükafatı alan müğənni onun 3-nü məhz "İlin ən yaxşı prodüseri” nominasiyasında alıb. 

Layonel Riçi isə amerikalı müğənni, şair, prodüser və aktyordur. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçi solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır.
 
Instagram-da paylaşılan videonu sizə təqdim edirik: 

Arzu Mirzəyeva
BAKU.WS