VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri” tamaşasının nümayişi keçirilib. 

BAKU.WS xəbər verir ki, gecənin ulduz qonağı xalq artisti Fəxrəddin Manafov olub. Fəxrəddin Manafov 4 illik fasilədən sonra məhz bu tamaşa ilə yenidən teatr səhnəsinə qayıdıb. 

Premyerası ötən mövsümün sonunda baş tutan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir. 
 
"Kazanova: sevgi dərsləri” əsərinin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir. Baş rol - Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Fəxrəddin Manafov ifa edib. Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edib. 
"ADDIM” Gənclər Təşkilatının təşəbbüsü ilə "Teatra ADDIMla” layihəsi çərçivəsində keçirilən tədbirdə F.Manafov gənclərlə görüşüb, fotolar çəkdirib.
 
Tədbirdən olan fotoları oxuculara təqdim edirik:
 
Aytən.H
BAKU.WS