VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Teymur Mustafayevin Mətanət Əsədova ilə "Xəzər” TV-nin efirində yayımlanan "5/5” verilişinin canlı buraxılışında etdiyi zarafatlar birmənalı qarşılanmayıb. 

BAKU.WS-in məlumatına əsasən, ifaçı bu haqda milli.az-a danışıb:

"Mətanət Əsədova ilə verilişdə etdiyimiz zarafatı tamaşaçılar birmənalı qarşılamayıblar. İnsan olan bəndə bu cür zarafatı düzgün başa düşər. Orada rəsmi bir şey yox idi. Mətanətlə etdiklərim bir şou idi. Bunu tənqid kimi qəbul etməsinlər. Əksinə, hamı zəng etdi ki, veriliş çox gözəl keçib. Mətanətlə mənim aramda başqa heç nə ola bilməzdi. Verilişdən sonra o öz evinə, mən də öz evimə getdim”.
 
 
"Sənə qurban olum, ceyran Mətanət. Ovçuyam, yaxınına gələ bilmirəm. Çünki tüfəngim paslanıb, ata bilmirəm. Ovçuyam, könlüm pərvaz, Mətanət eyləmə naz. Gəl gir, əminin qoluna. Atım saz, tüfəngim saz. Qəti qorxusu yoxdur”.
 
BAKU.WS