VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda bu gün təqdimatı keçiriləcək "Əli və Nino” filminin baş qəhrəmanlarından biri Mariya Velverde Bakıdadır.

BAKU.WS xəbər verir ki, aktrisanın paytaxt restoranlarından birində çəkilən şəkli sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, "Əli və Nino” filmində türkiyəli aktyor Halit Ergenç, azərbaycanlı aktyorlar Fəxrəddin Manafov, Pərviz Bağırov, Mehriban Zəki, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, Rasim Cəfər, Dəniz Tacəddin, Xumar Səlimova, Cümşüd Zeynalov, Küşvər Şərifova, Aydın Əliyev, Nigar Güləhmədova, Bəhruz Vaqifoğlu, Kamran Ağabalayev, Tural Əhməd, Cövdət Şükürov rol alıb. 

"Əli və Nino" filminin ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar” mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır. 
Filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Bu gün "28 Mall” Ticarət Mərkəzində yerləşən "CinemaPlus” kinoteatrlar şəbəkəsində filmin yaradıcı heyəti ilə görüş keçiriləcək.

Filmin premyerası isə elə bu gün Heydər Əliyev Mərkəzində olacaq.
 
Aysel.Ş
BAKU.WS