VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prodüser Təranə Səmədova yenidən aparıcılıq etməyə başlayıb. 

BAKU.WS xəbər verir ki, prodüser "Dünya”  televiziyasında yayımlanan "Köklə sazı-3” aşıq müsabiqəsinin ilk buraxılışında efirə çıxıb.

"Təklif layihənin rəhbəri aşıq  Namiq Fərhadoğlundan gəldi. Mən də qəbul etdim. İşimizin uğurlu olacağına inanıram”, - deyə prodüser bildirib.
Xatırladaq ki, prodüser "Space” televiziyasında yayımlanan "Hələ bu harasıdır” proqramına aparıcılıq edib. 
 
Qeyd edək ki, "Köklə sazı 1”-in qalibi İlkin Məmmədov və "Köklə sazı 2”-nin qalibi isə Aytac Bərdəli olub.
 
Ayse.Ş
BAKU.WS