SİZİN REKLAM BURADA!
055 213 76 73




Məşhur cütlük Ancelina Coli ilə Bred Pittin boşanma ərizəsi üzə çıxıb.

BAKU.WS  xarici mətbuata istinadən xəbər verir ki, aktyorla 12 ildir birgə olan Coli ötən bazar məhkəməyə müraciət edərək boşanmaq istədiyini bildirib. 
Ancelina Coliyə yaxın olan mənbənin bildirdiyinə görə, bu qərar onun üçün çox ağır olub. Çünki Ancelina Pitti hələ də sevir. Sadəcə, o, hazırda ancaq uşaqlarını düşündüyü üçün bu addımı atmaq məcburiyyətində qalıb. 

Ərizədə 41 yaşlı aktrisa boşanmaq üçün səbəb kimi "Ailədaxili münaqişələr"i göstərib. Vəkil Laura Uasser uşaqların himayəsinin də Colidə qalmasını tələb edib.

İddialara görə, 52 yaşlı B.Pitt uşaqları ilə yola getmir, onlara qarşı zorakılıq nümayiş etdirirmiş. Colinin boşanmaq istəyi də bundan qaynaqlanır. Hətta dünən aktyora qarşı cinayət işi də açılıb.

Aytən.H
BAKU.WS