SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycanın xalq artisti, mərhum sənətçi İlhamə Quliyevanın doğum günüdür.

BAKU.WS xəbər verir ki, Quliyeva İlhamə Məzahir qızı 1943-cü ilin bu günü Lənkəranda doğulub. 

Xalq artisti mərhum sənətkar Tükəzban İsmayılovanın qızıdır.1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1998-ci ildə mərhum prezident Heydər Əliyev İlhamə Quliyevaya xalq artisti adını verib. Müğənni həm də Dağıstanın (2008-ci ildə) xalq artisti olub.

O, Azərbaycanın "Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, İ.Quliyeva bu il fevralın 25-də saat 12:30 radələrində yaşadığı evdə vəfat edib. 
 
Xalq artistinin ölümünə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olmuşdu.
Sənətçinin vəfatından sonra isə onun mirası ətrafında hələ də varis qalmaqalı davam etməkdədir.

Aysel
BAKU.WS