VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Müğənni Emin Ağalarov və rusiyalı prodüser Maks Fadeyev uşaqlar üçün restoran açır. 

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, "U dydya Maksa” ("Maks dayı gildə”) adlanacaq restoranın açılışı sentyabrda olacaq. 

"Fadeyevin uşaqlarla çalışmaq barəsində böyük təcrübəsi var. Mən isə uzun müddətdir uşaqlar üçün restoran açmağı arzulayırdım. Beləcə, layihəmiz üçün birləşdik”- deyə Emin bildirib. 

Emin bildirib ki, layihə musiqi və uşaqları, gənc və yaradıcı istedadları, dadlı yeməkləri özündə birləşdirəcək. Restoranda uşaq festivalları keçiriləcək, gənc istedadlar üzə çıxarılacaq. 

Ağalarov qeyd edib ki, layihə üçün 1 milyon dollar xərclənəcək. 

Qeyd edək ki, Emin bir neçə restoranın sahibidir.
 
BAKU.WS