VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Əkbər Əliyev maraqlı fotosessiya etdirib.

BAKU.WS xəbər verir ki, başına tac qoyub, kamera qarşısına keçən müğənni cəsarətli addımını şərh etməyi unutmayıb: "Səhnədə olduğum illər ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Hətta israrla deyirəm ki, bu məndə alınır. Başımda tacla şəkil çəkdirmək istəyim, öz ideyam oldu.  Modelyer-dizayner dostum Aygün Məmmədova bu fikrimi dəstəklədi və çox qısa zamanda aksessuarı mənim üçün hazırladı. Çəkiliş "Tar production”da gerçəkləşdi. Fotoqraf İsmayıl Rzayevlə birgə çalışmaqdan məmnun qaldım. Fotosessiyanın uğurlu alınmasında menecerim İsa İsayevin də zəhməti də az olmadı. Yəqin ki, oxucular yaratdığım obrazı gözəl qarşılayacaqlar”.  

"Özüm-özümü tərifləmək istəmirəm. Amma həqiqətən Əkbər olaraq həmişə seçilmişəm. Məncə bu tac məndən başqa heç bir kişi müğənnisinə yaraşmaz. İnanmıram ki, kimsə bu ideyamı təkrarlayıb, başına tac qoyar” – deyə, müğənni əlav edib. 

Onu da qeyd edək ki, Ə.Əliyev sözləri Fuad İbrahimova, musiqisi Ruslan Səfəroğluna aid olan "Vay-vay” adlı ritmik mahnısını dinləyicilərə təqdim edib. 
O, yaxın vaxtlarda sözügedən bəstəyə klip çəkdirməyi də düşünür.
Müğənninin sözügedən fotolarını oxuculara təqdim edirik:
 
BAKU.WS