SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Orlando Blumun eks həyat yoldaşı Miranda Kerr "Snapchat” mobil platformasının yaradıcısı Evan Şpiqellə nişanlanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı supermodel, "Victoria's secret”in keçmiş "mələyi” yenidən ərə getməyə hazırlaşır. Xoş xəbəri model "İnstagram” bloqunda paylaşıb.  

Adsız barmağında nişan üzüyü ilə olan fotosunu sosial şəbəkədə paylaşan Miranda "Mən "hə” dedim!” – yazıb.
Cütlük ötən ilin iyunundan görüşürlər. Hazırda onlar bir evdə yaşayırlar.

Qeyd edək ki, Evan Şpiqel planetin ən cavan milyarderi hesab olunur. Onun varidatı 2,1 milyar dollardır. 2013-cü ildə o, "Forbes”in reytinqində cavan milyarderlər siyahısında ikinci yerdə qərarlaşıb.

33 yaşlı Miranda Kerr nişanlısından 7 yaş böyükdür. 

Modelin ilk evliliyindən oğlu var.
 
BAKU.WS