VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
 
Sumqayıt-Səngəçal yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib.

BAKU.WS Axar.az-a istinadən xəbər verir ki, "Pekap" markalı maşının sürücüsü idarəetməni itirib və marketə çırpılıb.

Qəza nəticəsində marketdə olan 1973-cü il təvəllüdlü Nazim Camal oğlu Dadaşov ağır sınıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan Nazim Dadaşov bu gün dünyasını dəyişib.

Həkimlərin cəhdinə baxmayaraq, iki gün koma vəziyyətində olan xəstəni xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nazim Dadaşov tanınmış qarmon ifaçısıdır. O, həm də xanəndə Camal Dadaşovun oğludur.
 
BAKU.WS