VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kənan MM həyatı ilə bağlı maraqlı etiraflar edib. 

BAKU.WS axşam.az-a istinadən məlumat verir ki, rejisssor bir vaxtlar kriminal həyat yaşadığını deyib:

"Elə bir mühitdə olmuşam ki, düzgün olmaq işə yaramırdı. Narkotik maddə istifadəçiləri ilə, oğrularla bir otaqda qalmışam. Üstümdə qaz balonu, bıçaq gəzdirmişəm. Bir dəfə Sumqayıtda qaz balonu köməyimə çatdı. Telefonumu götürmək istəyirdilər, ikisini vurdum, üçüncüyə gücüm çatmadı, qaz balonundan istifadə etdim".

Rejissor həyatındakı sevgilərdən də danışıb:

"Evlənənə qədər neçə dəfə sevmişəm. İlk sevgim ingilis dili müəlliməm olub. O qədər evli qadınlardan təkliflər almışam ki... Özümü onun kişisinin yerinə qoymuşam, razılaşmamışam. Bir qız 2 ay mənə yazdı, görüşmək istədi. Axırda görüşdüm, o qədər gözəl idi ki... Ətrinin iyi özündən əvvəl gəlirdi. Özümü söyürdüm ki, 2 ay bunu necə geri çevirmişəm? Ad günüm ərəfəsində qız mənlə görüşdü, stolun üstünə maşın açarı atdı ki, "1 gecə mənim ol". Etiraz etdim, nəfsimin qurbanı olmadım. Halbuki çox ehtiyacım var idi, maşın alacaq qədər qazanmırdım. Sonra öz gücümə ev də, maşın da aldım".
 
BAKU.WS