VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bu yay çoxlu işləmək istəyirəm. Sentyabra gözəl layihələr təqdim etməyi planlaşdırıram. İlk növbədə yayın hitini hazırlayacam. Bu mahnıya çox əminəm. Çünki ilk dəfə arabesk və rok musiqisinin qarışığı olacaq". 

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Lətifə Soyuöz deyib. O, bu ifaya görə çox həyəcanlı olduğunu bildirib: "Görəsən, mahnını necə oxuyacam? Bəstəni mənim üçün Vüqar Hüseynov yazıb, aranjmanını isə Yaşar Baxış edir".

Lətifənin yay mövsümü istirahətlə bağlı da planları var: "Gəzib-görmək istədiyim yerlər çoxdur. İspaniya və Maldiv adalarında olmaq istərdim. Dənizi çox sevirəm".

Müğənni bildirib ki, əgər ehtiyac olarsa, çimərlik geyimində fotosessiyaya çəkilə bilər: "Heç vaxt heç vaxt demə. Əgər mən xaricdə çalışsam və desələr ki, çimərlik geyimində şəkil çəkdirmək lazımdır, bunu edəcəm. Bu, sənətdir. Əgər sən dəniz kənarını nümayiş etdirirsənsə, orada palto və kürk geyinməyəcəksən ki...  Düzdür, Azərbaycanda belə şeylər bir o qədər də yaxşı qarşılanmır. Amma əgər mahnı onu tələb etsə, niyə də yox?"

Türkiyə vətəndaşı Dəniz Soyuözlə ailəli olan Lətifə oğluna az vaxt ayırmasından gileylənib: "Çalışıram, Arifə çox vaxt ayırım, amma işimin çoxluğundan bəzən alınmır".
 
BAKU.WS