VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezidentin sərəncamı ilə əfv olunaqn məhkumların 25-i Ombudsman Elmira Süleymanovanın müraciəti əsasında əfv olunub. 

Bu barədə BAKU.WS-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 518 məhkum, o cümlədən qadınlar, yeniyetmələr, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb.

Məlumtda həmçinij bildirilir ki, Ombudsman Aparatının əməkdaşları əfv sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində, 4 və 16 saylı cəzaçəkmə müəssisələrində olublar. Bu müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim edilib.

Qeyd edək ki,  Azərbaycan prezidenti İlham Əliyevin ötən gün imzaladığı sərəncam əsasında 148 məhkum əfv olunub.

BAKU.WS