SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 


"Saatlı camaatının köməyə ehtiyacı var. Mövcud relyef, bərəkətli Muğan torpağı ildə iki dəfə də məhsul götürməyə, ərzaq bolluğu yaratmağa imkan versə də, su problemi mövcuddur”. 

BAKU.WS-in məlumatına görə, bu barədə Saatlı rayonunun deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib. Millət vəkilinin sözlərinə görə, mövcud şəbəkələr suya olan tələbatı ödəyə bilmir. «Daha müasir su təchizatı şəbəkəsinin inşası olduqca zəruridir. Bu məsələ yubadılmamalıdır. Məhsul nə qədər bol olarsa, bir o qədər ucuzluq olar. Nazirlər Kabinetindən, hörmətli Baş Nazirimizdən Saatlı camaatı adında xahiş edirəm ki, bunu təxirə salınmaz məsələlər sırasına daxil etsin", - deyə Amaçov əlavə edib.