SİZİN REKLAM BURADA!
055 213 76 73



"Hesab edirəm ki, bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar seçkilərdən sonra intensivləşdiriləcək".

BAKU.WS-in məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, danışıqlar əvvəlki kimi Madrid prinsipləri əsasında aparılacaq.

Politoloq 2016-cı ilin sonunda danışıqların, demək olar ki, nəticə verdiyini bildirib: "Nikbinlik çox böyük idi, lakin çıxış yolu tapılmadı. Bu danışıqlara qayıtmaq olduqca vacibdir. 2016-cı ildə danışıqların alınmamasına radikal erməni diasporunun təzyiqi səbəb oldu. Belə ki, onlar Ermənistan üzərindəki təsir qüvvələrini itirəcəklərindən qorxurdular".

S.Markovun sözlərinə görə, ATƏT-in Minsk qrupunda aparıcı rolu Rusiya oynayır: "ABŞ və Fransa bu formatda Rusiya ilə münaqişə yaşamır, hərçənd başqa məsələlərdə gərginlik var. Bu, ABŞ və Fransanın belə sülhsevər təşəbbüsləri dəstəklədiyi xüsusi unikal haldır".(“Report”)

BAKU.WS