» » İlham Əliyev: “Azərbaycan regional mərkəzə çevrilib”


13-02-2018 | 20:05

  • 184

İlham Əliyev: “Azərbaycan regional mərkəzə çevrilib”


“Azərbaycan həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib”.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
 
Ölkəmizdə həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrinin iştirakı ilə mühüm beynəlxalq tədbirlərin keçirildiyini deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilməkdədir. Onun sözlərinə görə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə çoxmilyardlı investisiyalar qoyulub.

Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qarsdəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlət başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirib. Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
 
Dövlət başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. O qeyd edib ki, bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
İlham Əliyev əhalinin 100 milyonluq borcunu silir İlham Əliyev əhalinin 100 milyonluq borcunu silir Əsas Xəbər / Sosial Bütün Türkiyə azərbaycanlı müğənnidən danışır (VİDEO) Bütün Türkiyə azərbaycanlı müğənnidən danışır (VİDEO) Həyat tərzi / Video Prezident əhalinin aprelin 1-nə qədər olan milyonlarla borcunu silir Prezident əhalinin aprelin 1-nə qədər olan milyonlarla borcunu silir İqtisadiyyat Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı tənqid etdi Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı tənqid etdi Həyat tərzi Heydər Əliyev prospektində DƏHŞƏTLİ QƏZA-nın VİDEOsu Heydər Əliyev prospektində DƏHŞƏTLİ QƏZA-nın VİDEOsu Hadisə / Video Sumqayıtda gəlini küçədə zorlayan öldürən idmançıya AĞIR CƏZA (FOTO) Sumqayıtda gəlini küçədə zorlayan öldürən idmançıya AĞIR CƏZA (FOTO) Hadisə Novruz Bayramı təqvimindəki çaşqınlıqla bağlı RƏSMİ AÇIQLAMA Novruz Bayramı təqvimindəki çaşqınlıqla bağlı RƏSMİ AÇIQLAMA Həyat tərzi Taksiyə minib evdən qaçan gəlinin 11 gündür harada nə işlə məşğul olduğu bilindi Taksiyə minib evdən qaçan gəlinin 11 gündür harada nə işlə məşğul olduğu bilindi Hadisə Telefon və kompüterlə porno saytlara girənlər üçün bəd xəbər Telefon və kompüterlə porno saytlara girənlər üçün bəd xəbər Həyat tərzi İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi Əsas Xəbər / Hadisə Bakıda ünvan soruşan Bakıda ünvan soruşan "erməni qız"a hücum çəkdilər (VİDEO) Video / Sosial Məşhur Nüsrət azərbaycanlılara səsləndi: Məşhur Nüsrət azərbaycanlılara səsləndi: "Bura gəlin" (VİDEO) Həyat tərzi / Video Bakıda iPhone 6-nı 300 manata satan dələduz belə tutuldu: Bakıda iPhone 6-nı 300 manata satan dələduz belə tutuldu: "Hara qaçırsan ə..." (VİDEO) Hadisə / Video Gecə Türkiyə Ordusundan gözlənilməz əməliyyat: ABŞ hərbçiləri şokda (VİDEO) Gecə Türkiyə Ordusundan gözlənilməz əməliyyat: ABŞ hərbçiləri şokda (VİDEO) Video / Siyasət Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni belə xilas etdilər (VİDEO, FOTO) Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni belə xilas etdilər (VİDEO, FOTO) Hadisə / Video Bu dərmanları içib maşın sürsəniz cərimə oluna bilərsiz - SİYAHI Bu dərmanları içib maşın sürsəniz cərimə oluna bilərsiz - SİYAHI Əsas Xəbər / Avto Bakıda balta ilə hissələrə parçalanan qadının ölüdürülməsnin SƏBƏBİ BİLİNDİ Bakıda balta ilə hissələrə parçalanan qadının ölüdürülməsnin SƏBƏBİ BİLİNDİ Hadisə Vüqar Muradovdan onu söyənlərə: Vüqar Muradovdan onu söyənlərə: "Ana-bacılarınızı gəlib gözünüzün qabağında soyundurum" (VİDEO) Şou-biznes / Video "Anarçik"dən xəbərdarlıq: "20 litr benzinlə "Hollywood restoranı"nı yandıracam" (VİDEO) Hadisə / Video ABŞ hərbçilərinin 300 rus əsgərini öldürməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO) ABŞ hərbçilərinin 300 rus əsgərini öldürməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO) Video / Siyasət
Son əlavəПоследние публикации
Neftimiz yenə bahalaşıb
23 февраль 2018

Neftimiz yenə bahalaşıb

288 İqtisadiyyat
Azərbaycan XİN Nalbandyanın cavabını verdi
23 февраль 2018

Azərbaycan XİN Nalbandyanın cavabını verdi

54 Siyasət
Yanvarda ölkəyə gətirilən avtomobillərin sayı AÇIQLANDI
23 февраль 2018

Yanvarda ölkəyə gətirilən avtomobillərin sayı AÇIQLANDI

303 İqtisadiyyat
“Uşaqpulu” artırıldı – SƏRƏNCAM
23 февраль 2018

“Uşaqpulu” artırıldı – SƏRƏNCAM

3 081 Əsas Xəbər / Siyasət
Sosial müavinətlərin məbləği artırıldı
23 февраль 2018

Sosial müavinətlərin məbləği artırıldı

380 Sosial
Aeroport yolunda dəhşətli qəza (VİDEO)
23 февраль 2018

Aeroport yolunda dəhşətli qəza (VİDEO)

897 Hadisə / Video
Manatın sabaha olan məzənnəsi açıqlandı
23 февраль 2018

Manatın sabaha olan məzənnəsi açıqlandı

71 İqtisadiyyat