VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işlərinin başa çatdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

BAKU.WS