SİZİN REKLAM BURADA!
055 213 76 73



"Həll edilməmiş münaqişələrin nizama salınması istiqamətində səyləri artırmaq vacibdir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kopenhagendə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında çıxışı zamanı ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli bildirib.

"Fərq etməz, hansı münaqişə və ya torpaqların işğalı barədə danışırıq, Ukraynada, Azərbaycanda və ya Gürcüstanda baş verən münaqişələr, hər gün bunların nəticəsində insanlar əziyyət çəkir", - o deyib.

"Bu məsələ diqqət mərkəzində saxlanılmalıdır", - ATƏT PA-nın prezidenti qeyd edib.

BAKU.WS