SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti də məyusedici açıqlama verib.

BAKU.WS-in məluamtına görə, Türkiyə prezidenti bəyan edib ki, Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər.

“Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq. O mənə deyib ki, Rusiya bu problemin həlli üçün mümkün olan hər şeyi edir. Mən bir daha Rusiya Prezidentini 5 rayonun qaytarılması məsələsinə daha diqqətli münasibət göstərməyə çağırdım, çünki bu problemi yalnız Rusiya həll edə bilər”, - deyə Ərdoğan qeyd edib.

Ərdoğan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün milli məsələdir.

Bundan əvvəl isə Vladimir Putinlə görüşdən Türkiyə prezidenti qeyd etmişdi ki, rusiyalı həmkarı Dağlıq Qarabağ münaqişəsinin həllinə inanmır.

BAKU.WS