» » İlham Əliyev: "Avropa Şurası ilə Azərbaycan arasında süni böhran yaradılıb"


14-11-2017 | 20:51

  • 210

İlham Əliyev: "Avropa Şurası ilə Azərbaycan arasında süni böhran yaradılıb"


"Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq".

Bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Dövlət başçısı bildirib ki, o qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir: "Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz.

Hesab edirəm ki, hər bir ölkə üçün qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Biz qonşu ölkələrimizlə qarşılıqlı hörmət və inam əsasında çox gözəl və işgüzar münasibətlər qura bilmişik. 30 oktyabr-1 noyabr tarixlərində dörd qonşu ölkənin liderləri ilə mənim görüşlərim olubdur və bu 2-3 gün ərzində həm “Şərq-Qərb”, həm “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin işə salınması və inkişafı istiqamətində çox önəmli hadisələr qeydə alınıbdır. Əgər qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz olmasaydı, əlbəttə, bu layihələr haqqında heç danışmağa da dəyməzdi. Bu gün Azərbaycan haqlı olaraq Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilmək əzmindədir və biz bunu edirik. Nəqliyyat sahəsində tranzit ölkə statusunu almaq üçün mütləq qonşularla isti münasibətlərin olmalıdır. Ona görə bu, xarici siyasətimizin əsas prioritetidir və çox sevindirici haldır ki, qonşu ölkələrlə bizim heç bir problemimiz yoxdur".

Prezident Azərbaycanın bundan sonra da beynəlxalq təşkilatlarda fəal iştirak edəcəyini vurğulayıb: "Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizim üçün əsas prioritet təşkil edir. Biz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüyük və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilib. Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurumla Azərbaycan arasında süni böhran yaradılıb. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir. Ümid edirəm ki, bu təşkilatla bağlı olan məsələlər də həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaq. Biz üzv olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı təşkilatda saxlaya bilməz".

BAKU.WS

GÜNÜN XƏBƏRLƏRİ


22 Ноября
21 Ноября
Top XəbərlərЛучшее на сайте
Azərbaycanda benzin bahalaşdı: 1,25 - 1,50 AZN Azərbaycanda benzin bahalaşdı: 1,25 - 1,50 AZN Əsas Xəbər / İqtisadiyyat İlham Əliyevin bacısı oğlundan hər kəsi heyrətləndirən hərəkət (VİDEO) İlham Əliyevin bacısı oğlundan hər kəsi heyrətləndirən hərəkət (VİDEO) Həyat tərzi Vaqif Əsədovdan sürücüyə Vaqif Əsədovdan sürücüyə "başın partlayar" deyən yol polisi ilə bağlı AÇIQLAMA (VİDEO) Hadisə 19 manata smartfonlar satışa çıxdı - World Telecom-dan inanılmaz kampaniya (VİDEO) 19 manata smartfonlar satışa çıxdı - World Telecom-dan inanılmaz kampaniya (VİDEO) Video / Sosial Nadir Qafarzadədən +18 klip: Nadir Qafarzadədən +18 klip: "İstəməyən baxmasın" (VİDEO) Şou-biznes / Video Metro stansiyasında səsini eşitdiyimiz qız: Metro stansiyasında səsini eşitdiyimiz qız: "Deyirlər ki, bu qızı alanın günü qaradır" (VİDEO) Video / Sosial Bakıda bu yolda sürücülər kütləvi şəkildə qayda pozur - 40 manat cərimə Bakıda bu yolda sürücülər kütləvi şəkildə qayda pozur - 40 manat cərimə Sosial Bakı aeroportunda 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi - BİABIRÇILIQ (VİDEO) Bakı aeroportunda 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi - BİABIRÇILIQ (VİDEO) Əsas Xəbər / Hadisə Ərəb milyonçu 19 yaşlı qızın bakirəliyini 3 milyon dollara aldı (VİDEO) Ərəb milyonçu 19 yaşlı qızın bakirəliyini 3 milyon dollara aldı (VİDEO) Həyat tərzi / Video Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı (VİDEO) Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı (VİDEO) Sosial Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ açıqlaması Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ açıqlaması Əsas Xəbər / Siyasət Bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir Bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir İqtisadiyyat DGK Bakı aeroportunda 3 yaşlı qızın itlə yoxlanılması xəbərinə AYDINLIQ GƏTİRDİ - VİDEO DGK Bakı aeroportunda 3 yaşlı qızın itlə yoxlanılması xəbərinə AYDINLIQ GƏTİRDİ - VİDEO Əsas Xəbər / Hadisə Azərbaycanlı milyarderin 18 yaşlı oğlunun lüks həyatı (VİDEO) Azərbaycanlı milyarderin 18 yaşlı oğlunun lüks həyatı (VİDEO) Həyat tərzi / Video Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu (FOTO) Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu (FOTO) Əsas Xəbər / Hadisə Müğənnilərin TOY QİYMƏTLƏRİ - Abbas 16 min, Elton 15 min (SİYAHI) Müğənnilərin TOY QİYMƏTLƏRİ - Abbas 16 min, Elton 15 min (SİYAHI) Şou-biznes Azərbaycanda kafedə biabırçılıq -  20 manatlıq qadınlar müştəri ovunda (VİDEO) Azərbaycanda kafedə biabırçılıq - 20 manatlıq qadınlar müştəri ovunda (VİDEO) Hadisə / Video Bakıda 16 mərtəbəli binadan Bakıda 16 mərtəbəli binadan "Lexus" maşının üzərinə 300 kərpic düşdü (VİDEO) Avto / Hadisə / Video MTRŞ-dan Zaurun 7-ci sinif şagirdinə elçi getməsi ilə bağlı açıqlama MTRŞ-dan Zaurun 7-ci sinif şagirdinə elçi getməsi ilə bağlı açıqlama Həyat tərzi Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: "Opel" 1125, "Mitsubishi" 10 min, "Kia Rio" 5000 AZN (SİYAHI) Əsas Xəbər / İqtisadiyyat
Son əlavəПоследние публикации
Azərbaycanda rayonlara qar yağdı – FOTO
22 ноябрь 2017

Azərbaycanda rayonlara qar yağdı – FOTO

19 Sosial
Expressbank-ın kart sahibləri üçün xüsusi üstünlük!
22 ноябрь 2017

Expressbank-ın kart sahibləri üçün xüsusi üstünlük!

195 İqtisadiyyat
Manat sabah bu qiymətə olacaq
22 ноябрь 2017

Manat sabah bu qiymətə olacaq

945 İqtisadiyyat
Azərbaycanda ayı ovlayanlar tutuldu (FOTO)
22 ноябрь 2017

Azərbaycanda ayı ovlayanlar tutuldu (FOTO)

2 067 Hadisə
Xəzərdə bir gündə 2 zəlzələ oldu
22 ноябрь 2017

Xəzərdə bir gündə 2 zəlzələ oldu

783 Hadisə