VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Deputatların maaşı artırılmalıdır”.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlament komitələrinin birgə iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin əmək haqqından aşağıdır: “Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır”.

BAKU.WS