SİZİN REKLAM BURADA!
055 213 76 73



Frankfurt Höte Universitetinin hüquq fakültəsinin tələbəsi, fəal ictimaiyyətçi Aytəkin Ağayeva Almaniya Sosial-Demokrat Partiyasının tanınmış siyasətçisi Andrea Ypsilanti ilə Almaniyanın Hessen şəhərində görüşüb.

BAKU.WS-in məlumatına görə, Aytəkin Ağayeva almaniyalı siyasətçiyə Azərbaycan haqqında geniş və ətraflı məlumat verib. Eyni zamanda görüşdə qarşıda gözlənilən seçkilər haqqında da danışılıb.

Xatırladaq ki, siyasətçi 24 sentyabr 2017-ci il tarixində baş tutacaq kansler seçkilərinə hazırlaşır və sesvermədən öncə alman vətəndaşlarını məlumatlandırır.

Qeyd edək ki,Aytəkin Ağayeva 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş mərhum,prof. Əliyar Səfərlinin nəvəsidir.

Elnur Eltürk
BAKU.WS