Prezident İlham Əliyev A.A.Seyidovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Arif Akif oğlu Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".
BAKU.WS