SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkədə keçirilmiş prezident seçkilərinin rəsmi yekun nəticələrini açıqlayıb.
 
BAKU.WS günaz.tv-yə istinadən xəbər verir ki, Əbdülrza Rəhmani Fəzli Həsən Ruhaninin səslərin 57 faizini qazanaraq yenidən İranın prezideni seçildiyini bildirib. O, seçicilərin sandıqlara saldığı 41 milyon 22 min 131 səsdən, 23 milyon 549 min 16-nı qazanaraq seçkilərin qalibi olub. Ruhaninin əsas rəqibi sayılan İbrahim Rəisi 15 milyon 786 min 449 səslə ikinci, Mustafa Mirsəlim 478 min 215 səslə üçüncü, Mustafa Haşimi Təba isə 219 min 450 səslə dördüncü olub. Xatırladaq ki, ordibehiştin 29-da İranda 12-ci prezident seçkiləri keçirilib.  
 
BAKU.WS