VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci ilin fevral ayında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən Yahova Şahidləri dini sektasının üzvləri İrina Zaxarçenko və Validə Cəbrayılova məhkəməyə müraciət edib.

BAKU.WS-in "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, adıçəkilən şəxslər qanunsuz olaraq dini ədəbiyyat paylamaqda təqsirləndirilərək Pirallahı rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun qərarı ilə 7 min manat cərimələniblər. Lakin onlar istintaq dövründə 11 ay həbsdə qaldıqları üçün hakim cəriməni ləğv edib və 2016-cı ilin yanvar ayında İ.Zaxarçenko ilə V.Cəbrayılova məhkəmə zalından azadlığa buraxılıblar.

İ.Zaxarçenko və V.Cəbrayılova həbsdən çıxdıqdan sonra Səbail rayon məhkəməsinə müraciət edərək Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia qaldırıblar. Onlar həbs olunmalarına görə dövlət qurumundan maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.

Məhkəmə sekta üzvlərinin iddiasını rədd edib. İddiaçı tərəf qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Abidin Hüseynovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.
 
BAKU.WS