SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyada ən çox aylıq maaş alan liderlərin adları açıqlanıb.
 
BAKU.WS-in məlumatına görə, siyahıda dünyanın müxtəlif ölkələrindən bir sıra prezident və baş nazirin adı var.   
 
Cənubi Koreya prezidenti Li Myonq-bak 23 min, Rusiyanın baş naziri Dmitri Medvedev 22 min, Fransa prezidenti Fransua Olland isə nə az, nə çox 36 min manat məvacib alır. 
 
Aylıq maaşı yüksək olan rəhbərlər arasında Yaponiya baş naziri Şinzo Abe də var. O, hər ay 29 min manat maaş alır. Cənubi Afrika dövlət başçısı Yakob Zuma 31,500, Sinqapur baş naziri Li Hsien Loonq 22 min, İsveçrə prezidenti Yohan Şneider-Amman 66 min manat qazanır. 

Kanada baş naziri Castin Trudeau 36 min, İrlandiya prezidenti Miçel D. Hiqqins 39 min, Lüksemburq baş naziri Xavier Bettel 44 min, Yeni Zelandiya baş naziri Con Key 46 min, Rusiya dövlət başçısı Vladimir Putin 22 min AZN aylıq maaş alır. 
 
Siyahıda Almaniya baş naziri Angela Merkelin də adı var. Xanım kansler 35 min manat məvacib alır. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp 57 min, Türkiyə Respublikasının prezidenti 17 min manat maaş alır. 
 
Azərbaycan prezidenti İlham Əliyev isə 8 ildir eyni məbləğdə maaş alır - 15 000 manat. Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin "minimum əmək haqqının 600 misli” qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.
 
BAKU.WS