SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycanla Ermənistanın hərbi potensialını müqayisə edəndə onların dəfələrlə geri olduğunu hamı görür. Əgər onlarda ikinci nəsil, çox məhdud sayda üçüncü nəsil texnikalar varsa, bizdə isə ondan qat-qat güclüsü və yeniləri var”.

Bunu A24.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov təmas xəttində atəşkəs ağır altilleriyadan pozulan zaman Azərbaycanın düşmən hücumdan necə qorunduğunu və cavab həmləsinin necə və hansı şəkildə verildiyini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, indi texnologiya o qədər inkişaf edib ki, çox rahat şəkildə sutkanın 24 saatı ərzində uçan bütün avandlıqları- təyyarə, vertolyot, pilotsuz uçan aparatları, o cümlədən hərəkətdə olan texnika, artilleriya və s. nə varsa, onların hamısını müşahidə edə bilirik:

"Bir növ radiolokasiya sistemi ilə onların istiqaməti müəyyənləşdirilir. Sözsüz ki, açılan o atəşləri zərərsizləşdirmək üçün avadanlıqlarımız var. Biz bunu hər zaman qeyd etmişik ki, Azərbaycanın son ildə əldə etdiyi ən müasir texnika və texnologiya imkan verir ki, biz düşmənin açdığı atəşi həm zərərsizləşdirək, həm də onun qarşısını ala bilək”.

"Əlbəttə, söhbət avtomat və plemuyotlardan getmir. Bunun üçün bildiyimiz kimi zirehli gödəkçələr, dəmir dəbilqələr var. Amma belə götürəndə artileriya atəşinin qarşısını almaq üçün və yaxud da hansısa bir strateji müdafiə və mühafizə etmək üçün kifayət qədər müdafiə sistemləri mövcuddur. Onun ən rahat yolu düşmən hardan atəş açırsa, həmin nöqtələri susdurmaqdır.

Ancaq artileriyadan atəş açıldıqdan sonra o atəşin qarşısı almaq mümkün deyil. Amma elə qurğular da var ki, atılan mərmilərin qarşını ala bilir. Bizdə də, başqa ölkələrdə də belə qurğular var”.

Üzeyir Cəfərov onu da bildirib ki, Azərbaycanla Ermənistanın hərbi potensialını müqayisə edəndə onların dəfələrlə geridə olduğunu hamı görür. Əgər onlarda ikinci nəsil, çox məhdud sayda üçüncü nəsil texnikalar varsa, bizdə isə ondan qat-qat güclüsü və yeniləri var. O nöqteyi nəzərdən Azərbaycanın üstünlüyü göz qarşısındadır. Buna görə də düşmən tərəfi bilir ki, Azərbaycana qarşı hər hansı bir ağılsızlığa yol verilərsə, onun beş qat artığını ala bilərlər. Buna görə də onlar belə bir işdən çəkinirlər.

Sonda, hərbi ekspert Azərbaycanın hərb gücü və texnikasının kifayət qədər çox olmasına da diqqət çəkib:

"Adlarını çəkib düşməni agah etmək olmaz. Onlar hələ bizdə "Qasırğa” raketinin olmasını prezidentin Naxçıvan səfərindən sonra bildilər. İnanın ki, lazımi silahlarımız çox və kifayət qədərdir. Artileriya qurğuları və digər silahlarımız var. Ermənilər bizdə yeni silah və qurğuların olmasından xəbərdar deyillər. Hərbi və dövlər sirri olduğundan biz onların hamısının adlarını açıqlamırıq”.

BAKU.WS