SİZİN REKLAM BURADA!
055 213 76 73



"Maşın" realiti şounun çəkiliş qrupu finalçıların evində olub.

BAKU.WS
xəbər verir ki, Roza Zərgərlinin övladları - qızı Bənövşə Allahverdiyeva, oğlanları Corc və Jerar Qafarovlar anaları haqqında olduqca gözəl sözlər deyiblər.

Bənövşə Allahverdiyeva anasi üçün darıxdığını deyib: "İnşaallah qalib olar, gələr. Əslində anam orada göründüyünün tam əksidir. Mən hətta şouya baxanda deyirəm ki, bu dəqiq mənim mamamdı? Çünki mənim anam həyatda çox sadədir, insanlara çox inanandır. Anamın belə oyun aparmağına həqiqətən şoka düşdüm. Uddu. udmadı biz həmişə onun yanındayıq. Anam bu həyatda bizim ən böyük varlığımızdır".

Corc Qafarov Roza Zərgərlinin güclü qadın olduğunu bildirib: "İnsana həm ana, həm ata ola bilər. Həyatı təkbaşına qura biləcək qədər güclü qadındır. Oyunda hərənin öz strategiyası olur. Səni kimsə çıxaracağını gözləməkdənsə, belə oyun aparmaq yaxşıdır.

Jerar Qafarov: "Onunçun çox darıxmışam. İstəyərdim ki, bu yarışda anam qalib olsun".

Zülfiyyə Qurbanova
BAKU.WS