SİZİN REKLAM BURADA!
055 213 76 73



"Tamaşaçıların hissləri ilə oynayıb, başqa oyun qurub kimisə çıxarmaq adı ilə qəfil məni vurub çıxara bilərlər. Onu edən adam üçün gərək tamaşaçının gözündən düşmək heç bir şey olsun ki, o addımı ata bilsin. Bilmirəm onu kim edə bilər".

Bu sözləri “Maşın” realiti şou “Xanımlar və cənablar” yarışmasında iştirakçısı, müğənni Talıb Tale BAKU.WS-ə açıqlamasında deyib. Onun sözlərinə görə, kənardan göründüyü kimi yarışda heç kimə qarşı təzyiq yoxdur:

"Yenə də mən öz bildiyim kimi davranıram. Burada rola girən həddən artıq çoxdur. Ona görə də heç kimə güvənmirəm".

Jurnalist Ulviyyə Alovlu isə BAKU.WS-ə açıqlamasında bu gün axşam çox böyük qalmaqalların anonsunu verib: "Burada mənim düşmənim yoxdur. Oyundur. Bir nəfər maşını aparacaq. Hər kəs mənim rəqibimdir. Onu bilirəm ki, bu gün axşam qırğın olacaq. Yarışda 2-3 tirəli oyun aparanlar var. Bu gün çox şeylər dəyişiləcək".

Realiti şouda aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Samirə Yusifqızı, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova iştirak edir.

Tamaşaçılar bu gün ATV kanalında canlı olaraq saat 22:15-dən etibarən həyəcan dolu efiri izləyə biləcək.

Tuncay
BAKU.WS