VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Qız qalasının tanıdılması məqsədi ilə may ayında ölkəmizdə "Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilmişdi. Festivalda dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəmişdilər. Onlardan bir neçəsi xüsusi ilə diqqət çəkir.
 
BAKU.WS-in məlumatına görə, həmin maketlərin üzərinə göz, saat, müxtəlif fiqurlar çəkilib. Bu işarələrin hər birinin öz mənası var. Məsələn, göz işarəsi - hər şeyi görən göz, Tanrının hər kəsə baxmasının və qorumasının bir simvoludur. Bəzən "Tanrının Gözü" kimi də bəhs edilən bu simvol ABŞ dollarları ilə (1778-ci ildən bəri) yanaşı, piramidanın zirvəsinə oturdulmuş olaraq ABŞ Rəsmi Möhüründə də görülür.
 
Massonlara görə, bu simvol "Kainatın Böyük Memarını" təmsil edir. Massonlar bu gözün ibadət etdikləri sözdə böyük gücü simvol etdiyinə inanırlar. Massonların özünə tapındıqları və böyük güc olaraq təsvir etdikləri "Hər şeyi görən göz" dünyanın hər yerində var və onun burda olması çox qəribədir.

Qız qalasının maketləri üzərində rast gəlinən digər fiqur olan üçbucaq isə masson lojalarının dəyişməz simvoludur və adətən, masonluğun bir nömrəli işarəsi sayılır.

Massonlarda saat fiquru isə zaman anlamını verir. Zaman da öz növbəsində Dəccalın doğuluşunu göstərir. 
 
Ayşən Ayxan
BAKU.WS