055 213 76 73
Türkiyənin tanınmış aktyoru Oktay Kaynarcanın Twitter hesabı sındırılıb.
BAKU.WS-in məlumatına görə, bir vaxtlar məşhur "Kurtalar Vadisi" serialında "Çakır" obrazını canlandırmış aktyorun səhifəsini "Cold Hackers" adlı bir kürd xaker qrupu ələ keçirib.
Xakerlər PKK-nın fəaliyyətə başladığı 15 avqust tarixində Oktay Kaynarcanın Twitter hesabından mesajlar yayıblar: "Bu hesab "ColdHackers" tərəfindən sındırılıb. Yaşasın PKK, yaşasın Kürdüstan hərəkatı!", - deyə mesajlarda qeyd edilib.
ŞAHİN Həbibov
BAKU.WS